FOND HAQQINDA

“Maarifçi" Tələbə Kredit Fondu Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 14.10.2015 - ci il tarixində qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınmışdır.

Fondun missiyası
“Maarifçi Tələbə Kredit” Fondu tələbələr üçün yaradılmış fonddur. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

Fəaliyyət istiqamətləri
Fond öz məqsədinə nail olmaq üçün işini iki istiqamət üzrə fəaliyyət göstərir:
- Aztəminatlı tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən müvəkkil kredit təşkilatları tərəfindən güzəştli təhsil kreditlərinin verilməsini təşkil etmək;
- Aztəminatlı tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün müxtəlif qurumlar və fiziki şəxslər tərəfindən qrantların verilməsini təşkil etmək.

Təsisçiləri
• Azərbaycan Dillər Universiteti
• Azərbaycan Dövlət İqtisad Universiteti
• Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
• Azərbaycan Dövlət Pedaqoji Universiteti
• Azərbaycan Memarlıq və İnşaat Universiteti
• Azərbaycan Texniki Universiteti
• Bakı Dövlət Universiteti
• Bakı Slavyan Universiteti
• Gəncə Dövlət Universiteti
• Sumqayıt Dövlət Universiteti

Tərəfdaşlar
• Lənkəran Dövlət Universiteti
• Xəzər Universiteti
• Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
• Azərbaycan Dövlət Aqrar Universiteti

İdarəetmə
Himayəçiliər Şurası Fondun nəzarət orqanıdır və 11 üzvdən ibarətdir. Himayəçiliər Şurasının tərkibi Fondun təsisçiləri tərəfindən seçilir. Onun üzvlərinin 10-u təsisçilərin irəli sürdüyü namizədlər sırasından, 1-i isə İcraçı direktorun irəli sürdüyü və heç bir təsisçiyə bağlı olmayan müstəqil namizədlər sırasından seçilir.

Dəyərləri / Prinsipləri
Şəffaflıq
Fondun fəaliyyətinin şəffaf şəkildə göstərməsinə səy göstəririk. Müraciət prosesi, seçim meyarları və kredit şərtlərini rəsmi səhifəmizdə yerləşdirib, tərəflərin kifayət qədər məlumatlanmasını təmin etməyə çalışırıq.
Ədalətlilik
Tələbələrin seçilməsi, qiymətləndirilməsi və qəbulu prosesləri dilindən, dinindən, irqindən asılı olmayaraq tam ədalətli, qərəzsiz şəkildə həyata keçirilir, ayrı-seçkilik etmirik. Bundan əlavə Fond tərəfindən təqdim olunan kredit növləri və paketləri hazırlanarkən, tələbələrin müxtəlif ehtiyacları nəzərə alınmasına diqqət göstəririk.
Məsuliyyətlilik
Tələbələrə qarşı diqqətli və məsuliyyətli yanaşırıq. Kredit verərkən, tələbənin öhdəliklərini dərk etdiyindən əmin olmağa çalışırıq.