KREDİT NÖVLƏRİ

Fondun təqdim etdiyi kreditlər haqqında ümumi məlumat
"Maarifçi" Tələbə Kredit Fondu ehtiyac və təyinatına görə fərqli kredit növlərinin təqdim etməyi nəzərdə tutur:

- Təhsil haqqı krediti
- Yataqxana haqqı krediti
- Tədris materialları krediti
- Elmi-tədqiqat və araşdırma krediti və s.

Fondun yeni fəaliyyətə başladığını nəzərə alaraq, 2016-cı il ərzində prioritet sayılan "Təhsil haqqı kreditləri" təqdim olunacaqdır. Növbəti illərdə digər kreditlər növləri üzrə də faəliyyətə start veriləcəkdir.

TƏHSİL HAQQI KREDİTİ
Təhsil haqqı krediti, tələbələrin illik təhsil haqqı məbləğində təqdim olunan uzunmüddətli kreditdir. Standart və güzəştli paketlərdə verilir.

- - - STANDART TƏHSİL KREDİTİ
   Tədris ili üzrə cəlb oluna biləcək borcun üst həddi: 4,000 AZN
   İllik faiz dərəcəsi: 0%
   Güzəşt müddəti (məzun olduqdan sonra): 12 ay*
   Qaytarma müddəti (məzun olduqdan sonra maksimum): 60 ay
   Cəmi cəlb oluna biləcək borcun üst həddi: 20,000 AZN
   Ödəmə dövrülüyü: Aylıq
   Ödəmə növü: Dövr sonu
   Kreditin qaytarma növü: Annuitet
   Zamin və ya girov tələbi: Yoxdur

Digər şərtlər:
- Tədris və güzəşt müddətində əsas məbləğ üzrə ödənişlər edilmir.


- - - GÜZƏŞTLİ TƏHSİL KREDİTİ
Standart təhsil krediti şərtləri eynilə qalır, lakin aşağıdakılar fərqlənir:
   İllik faiz dərəcəsi: 0%
   Güzəşt müddəti (məzun olduqdan sonra): 24 ay*
   Qaytarma müddəti (məzun olduqdan sonra maksimum): 120 ay

  ƏSAS DEFOLT SƏBƏBLƏRİ
   ! Ödənişin kreditin qaytarılma qrafiki üzrə 90 gündən artıq gecikdirilməsi
   ! Orta illik qiymətin 60-ın altına enməsi
   ! Fors-major sayılmayacaq hər hansı səbəbdən tələbənin təhsilini dayandırması və ya dondurması

*Güzəşt müddəti, hərbi xidmətdə olduğunu təsdiq edən sənəd təqdim edildiyi təqdirdə, əlavə 1 il uzadılır.