TƏLƏB OLUNAN SƏNƏDLƏR

Sənədlərlə bağlı vacib məqam
Tələbənin həm onlayn müraciət zamanı, həm də müqavilə imzalamaq üçün Fonda yaxınlaşdığı zaman müvafiq meyarlara cavab verdiyini sübut edən təsdiqedici sənədi təqdim etməsi vacibdir. Əks halda tələbənin müraciətinə sənədlərin natamamlığı səbəbilə imtina oluna bilər.

Bu səhifədə bütün mümkün sənədlərin siyahısı və onların əldə olunması üçün kömək xarakterli məlumat təqdim olunur. Lakin nəzərə almaq lazımdır ki, elan sessiyasına görə tələb olunan sənədlərin siyahısı fərqlilik göstərə bilər. Bu baxımdan, sənədləri hazırlamağa başlamamışdan əvvəl, sessiya üzrə tələb oluna biləcək sənədlərin siyahısını bir daha nəzərdən keçirməyinizi məsləhət görürük ki, lazımsız sənədlərin hazırlanmasına vaxtınızı və enerjinizi sərf etməyəsiniz.

Şəxsiyyət vəsiqəsi
Müraciət zamanı kimlik məlumatlarınızın düzgünlüyünü yoxlamaq üçün təsdiqedici sənəd olaraq şəxsiyyət vəsiqənizin təqdim olunması tələb olunur.
Onlayn müraciət zamanı:
Sənədin hər iki üzünün rəngli skan variantı (elektron surəti) yüklənməlidir. Yüklənmiş şəkillər keyfiyyətli və oxunabilən olmalıdır.
Fonda yaxınlaşdığınız zaman:
Əsli və surəti (notarial qaydada təsdiq olunmuş) təqdim olunmalıdır.

Tələbə bileti
Müraciət zamanı cari təhsil məlumatlarınızın düzgünlüyünü yoxlamaq üçün təsdiqedici sənəd olaraq tələbə biletinizin təqdim olunması tələb olunur.
Onlayn müraciət zamanı:
Sənədin hər iki üzünün rəngli skan variantı (elektron surəti) yüklənməlidir. Yüklənmiş şəkillər keyfiyyətli və oxunabilən olmalıdır.
Fonda yaxınlaşdığınız zaman:
Əsli və surəti (notarial qaydada təsdiq olunmuş) təqdim olunmalıdır.

Valideynlərin (və ya himayəçilərin) rəsmi cari məvacibinə/gəlirinə dair arayış
Müraciət zamanı tələbənin valideynlərinin (himayəçilərinin) illik gəlirinin tələb olunan meyarlara uyğunluğunu yoxlamaq üçün təsdiqedici sənəd olaraq valideynlərinin (himayəçilərinin) "Əmək haqqı göstərilməklə iş yerindən arayışın" təqdim olunması tələb olunur. Vətəndaşlarımız bu arayışı elektron qaydada asan və qısa şəkildə "Elektron hökumət" portalından (www.e-gov.az) əldə edə bilərlər. Arayışın tarixi və müraciət tarixi arasında ən çox 10 (on) təqvim günü fərq ola bilər. Bu müddəti ötürmüş arayışlar qəbul olunmur.
Onlayn müraciət zamanı:
Sənədin hər iki üzünün rəngli skan variantı (elektron surəti) yüklənməlidir. Yüklənmiş şəkillər keyfiyyətli və oxunabilən olmalıdır.
Fonda yaxınlaşdığınız zaman:
Əsli təqdim olunmalıdır.

Kredit tarixçəsi üzrə arayış
Müraciət zamanı tələbənin valideynlərinin (himayəçilərinin) daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsinin baş verməməsi (borc öhdəlikləri üzrə ödənişlərin vaxtında yerinə yetirilməməsi və ya borcun digər şərtlərinin təmin olunmaması) dair göstərilmiş məlumatların düzgünlüyünü yoxlamaq üçün təsdiqedici sənəd olaraq valideynlər (himayəçilər) üzrə Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarış (arayış) təqdim olunması tələb olunur. Vətəndaşlar ASAN Xidmətə yaxınlaşaraq bu arayışları asan və ödənişsiz qaydada əldə edə bilərlər. Xidmət 1 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzlərində həftənin bazar ertəsi – cümə günlərini əhatə etməklə saat 10:00-dan 19:00-dək həyata keçirilir. Arayışın tarixi və müraciət tarixi arasında ən çox 10 (on) təqvim günü fərq ola bilər. Bu müddəti ötürmüş arayışlar qəbul olunmur.
Onlayn müraciət zamanı:
Sənədin rəngli skan variantı (elektron surəti) yüklənməlidir. Yüklənmiş pdf fayllar keyfiyyətli və oxunabilən olmalıdır.
Fonda yaxınlaşdığınız zaman:
Əsli təqdim olunmalıdır.

Qiymət cədvəlindən çıxarış (akademik transkript)
Müraciət zamanı tələbənin cari Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin düzgünlüyünü yoxlamaq üçün təsdiqedici sənəd olaraq Qiymət cədvəlindən çıxarış (akademik transkript) təqdim olunması tələb olunur. Nəzərə alınmalıdır ki, bu sənəd müvafiq qaydada aidiyyəti universitet tərəfindən tanınmalı və təsdiq olunmalıdır.
Onlayn müraciət zamanı:
Sənədin rəngli skan variantı (elektron surəti) yüklənməlidir. Yüklənmiş pdf fayllar keyfiyyətli və oxunabilən olmalıdır.
Fonda yaxınlaşdığınız zaman:
Əsli təqdim olunmalıdır.

Foto şəkil
Onlayn müraciət zamanı:
Rəngli, 3 sm x 4 sm ölçüsündə, son 6 ay ərzində çəkilmiş və keyfiyyətli olmalıdır.
Fonda yaxınlaşdığınız zaman:
3 sm x 4 sm ölçüsündə, 2 ədəd əsli təqdim olunmalıdır.

Güzəştli kredit paketləri üçün tələb olunan sənədlər
Müraciət zamanı tələbənin güzəştli paketdə göstərilən qruplara aidiyyətini yoxlamaq üçün təsdiqedici sənəd olaraq müvafiq qurum tərəfindən verilən təsdiqedici sənədin/arayışın təqdim olunması tələb olunur.

Təsdiqedici sənədlərə dair məlumat almaq üçün bu normativ-hüquqi akta müraciət oluna bilər: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavəsində göstərilən Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısına.

Onlayn müraciət zamanı:
Sənədin rəngli skan variantı (elektron surəti) yüklənməlidir. Yüklənmiş şəkillər keyfiyyətli və oxunabilən olmalıdır.
Fonda yaxınlaşdığınız zaman:
Əsli və surəti (notarial qaydada təsdiq olunmuş) təqdim olunmalıdır.