Tez-tez verilən suallar

  1. 1
    Təhsil krediti almaq üçün necə müraciət edə bilərik?
    Tələbələr tərəfindən təhsil kreditləti üzrə müraciət yalnız elektron qaydada həyata keçirilir. Bunun üçün, "Müraciət et" bölməsinə daxil olub tələb olunan məlumatları onlayn təqdim etmək lazımdır. Ətraflı məlumat üçün "Müraciət prosesi" bölməsinə baxa bilərsiz.
  2. 2
    Kredit əldə etmək üçün zamin və ya girov tələb olunur?
    Xeyr, tələb olunmur.
  3. 3
    Kredit nağd formada verilir?
    Xeyr. Hər hansı bir formada - nağd və ya bank transferi - tələbəyə maliyyə vəsaiti təqdim olunmur. Sadəcə olaraq, Fond tələbənin universitet qarşısında olan təhsil haqqı borcunu uzunmüddət ərzində ödənilməsini təmin edir.
  4. 4
    Fond digər məqsədlər üçün kredit təqdim edir?
    Xeyr. Fondun kreditləri yalnız təhsil ilə bağlı xərcləri qarşılamaq üçün nəzərdə tutulmuşdur.
  5. 5
    Tələbə krediti təhsil aldığı müddət ərzində geri qaytarmalıdır?

    Xeyr. Təhsil aldığı müddət ərzində və məzun olduqdan sonrakı güzəşt müddəti ərzində hər hansı bir faiz və ya əsas məbləğ ödənişi həyata keçirilmir. Ətraflı məlumat üçün "Kredit növləri" bölməsinə baxın.

  6. 6
    Güzəşt müddəti neçə ildir?

    Kredit paketinin növündən asılı olaraq, 12 ay və ya 24 ay. Hərbi xidmət üzrə təsdiq edici sənəd əsasında əlavə 1 il güzəşt müddəti uzadılır.

  7. 7
    Tədris ili ərzində neçə elan sessiyası keçirilir?

    Tədris ili ərzində iki elan sessiyası keçirilir. Elan sessiyaları hər semestrin əvvəlinə nəzərdə tutulur.

  8. 8
    Təhsil haqqı bütün tədris müddəti üzrə verilir?

    Bəli, sadəcə tələbə hər tədris üzrə elan sessiyasında müraciət etməlidir.

  9. 9
    Kreditləri bütün universitetlərdən tələbələr əldə edə bilərlər?

    Xeyr, kreditlər Fondun əməkdaşı olan universitetlərdə təhsil alan və seçim meyarlarına uyğun olan tələbələrə şamil olunur. Ətraflı məlumat üçün "Kim müraciət edə bilər?" bölməsinə baxa bilərsiniz.

  10. 10
    Tələbə kredit borcunu təhsil və ya güzəşt müddəti ərzində geri ödəyə bilər?

    Bəli, bununla bağlı məhdudiyyət qoyulmayıb.

  11. 11
    Valideynlərin borc öhdəliyi tələbənin kredit almasına maneə törədər?

    Əgər valideynlərin borc öhdəliyi üzrə defolt halı baş verməyibsə tələbə Fondun kreditlərindən yararlana bilər.

  12. 12
    Tələbə yarım tədris ili üçün kredit götürə bilər?

    Bəli, tələbə yarım və tam tədris ili üzrə təhsil haqqı borcu üçün müraciət edə bilər.

  13. 13
    Tələbə qaytaracağı məbləği necə hesablaya bilər?

    Tələbələr "Kredit simulyatoru" bölməsinə daxil olaraq tələb olunan məlumatları qeyd edərək şərti qrafikə baxa bilərlər.

  14. 14
    1-ci kurs tələbələr də kreditdən yararlana bilərlər mi?

    Fondun hazırki tələblərinə əsasən təhsil haqqı kreditləri 1-ci kurs tələbələrinə şamil olunmayıb, çünki onların akademik göstəriciləri mövcud deyil.

  15. 15
    Valideynləri əmək fəaliyyəti ilə məşğul olmayan tələbələr valideynlərinin (və ya himayəçilərinin) rəsmi cari məvacibinə/gəlirinə dair arayışının əvəzinə hansı sənədi təqdim etməlidir?

    Valideynləri əmək fəaliyyəti ilə məşğul olmayan tələbələrin valideynləri “Məşğulluq” haqqında qanuna əsasən yaşadığınız rayon üzrə Məşğulluq idarəsindən qeydiyyatdan keçərək işsizlik statusu ilə bağlı arayış əldə edə bilər.

  16. 16
    Təhsil krediti üçün hansı sənədlər tələb olunur?

    Tələbələr "Tələb olunan sənədlər" bölməsinə daxil olaraq sənədlərin siyahısına baxa bilərlər.

  17. 17
    Valideynləri rəsmi olaraq nikahı pozulmuş və ya vəfat etmiş tələbənin hər iki valideyninin tələb olunan sənədlərini təqdim etməsi vacibdi?

    Tələbənin hal-hazırda himayəçisi hansı valideyni sayılırsa həmin valideynin tələb olunan sənədi təqdim etməsi vacibdir. Eləcə də valideylərinin nikahı pozulmuşsa “Nikahın pozulması haqqında şəhadətnamə”nin, valideyn vəfat etmişsə “Ölüm haqqında şəhadətnamə”nin rəngli skan nüsxəsi müraciətə əlavə olunmalıdır.