MÜQAVİLƏ FORMASI

TƏHSİL KREDİTİ HAQQINDA MÜQAVİLƏ

Müqavilə № ____

Təhsil Krediti haqqında bu Müqavilə (bundan sonra “Müqavilə”) [gg/aa/iiii] tarixdə aşağıdakı tərəflər arasında bağlanılır.

Bir tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə və öz Nizamnaməsinə əsasən fəaliyyət göstərən, İcraçı Direktor Mahmud Rüfət Nahid oğlunun şəxsində təmsil olunan “Maarifçi Tələbə Kredit” Fondu (hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 6) (bundan sonra “Fond”)

digər tərəfdən, Azərbaycan Respublikasının vətəndaşı ____________ [Şəxsiyyət vəsiqəsinin nömrəsi: __________; FİN: __________; gg/aa/iiii tarixdə __________ tərəfindən verilmişdir] (bundan sonra “Tələbə”).
Fond və Tələbə bundan sonra ayrı-ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırıla bilərlər.

NƏZƏRƏ ALARAQ Kİ,
(A) Fond Tələbənin bu Müqavilə ilə nəzərdə tutulmuş təhsillə bağlı xərclərini bu Müqaviləyə əsasən zaminsiz və girov təminatı olmadan maliyyələşdirilməsini təşkil edir;

(B) Tələbə borcu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə geri ödəyir;

BUNUNLA DA, Tərəflər aşağıdakı şərtlər və qaydalar barəsində razılığa gəlirlər:

1. ƏSAS ANLAYIŞLAR VƏ ŞƏRHLƏR
1.1. Kontekst ilə başqa cür tələb olunmadıqda, Müqavilənin mətnində istifadə edilmiş və başqa cür ifadə edilməmiş böyük hərflərlə verilən məfhumlar aşağıdakı mənaları ifadə edir:
1) “Müqavilə” və ya “bu Müqavilə” vaxtaşırı olaraq düzəlişlər, əlavələr edilə və ya başqa cür dəyişdirilə bilən Müqaviləni nəzərdə tutur;
2) "Öhdəliklər" bu Müqavilənin 4-cü və 5-ci maddələrində ətraflı olaraq təsvir olunan öhdəlikləri bildirir.
3) "Fors Major" hər hansı bir Tərəfin iradəsindən kənar baş verən və öngörülməsi mümkün olmayan, bütün ağlabatan tədbirlər görülməklə qarşısı alına bilməyən vəziyyətləri bildirir ki, bu vəziyyətlərə müharibələr, vətəndaş müharibələri, qiyamlar, kütləvi iğtişaşlar, inqilablar, terror aktları, ildırım, yanğın, partlayış, tufan, daşqın, zəlzələ və digər təbii fəlakətlər və oxşar hadisələr aiddir, lakin bunlarla məhdudlaşmır, bir şərtlə ki, bu cür vəziyyətlərin baş verməsi səlahiyyətli orqan tərəfindən təsdiqlənsin.
4) “Təhsil müəssisəsi” dedikdə, Fondun təsisçiləri olan ali təhsil müəssisələrindən hər hansı biri başa düşülür.
5) “Borc” dedikdə, 3.1-ci maddəsində təsbit edilən kredit məbləği nəzərdə tutulur.
6) “Defolt Halı” dedikdə, aşağıdakılardan biri və ya bir neçəsinin eyni anda baş verməsi nəzərdə tutulur:
 Borcun əsas məbləği üzrə ödənişin 90 (doxsan) gündən artıq müddətə gecikdirilməsi;
 Tələbənin təhsil aldığı müddəti ərzində Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin 60-dan az olması;
 Tələbənin hər hansı səbəbdən təhsilini davam etdirməməsi və ya dondurması.
7) Kredit tarixi: Bu müqavilənin imzalanma tarixidir.
8) Təhsil müddəti: Kredit tarixindən etibarən Tələbənin məzun olacağı ilin 01 Sentyabr tarixinə qədər olan müddətdir.Əgər Tələbə Bakalavr təhsil dərəcəsini başa vurduqdan sonra eyni il ərzində Magistraturaya daxil olursa, bu müddət Magistr təhsil dərəcəsindən məzun olacağı ilin 01 Sentyabr tarixinə qədər uzadılır.
9) Güzəşt müddəti: Təhsil müddətinin başa çatdığı tarixdən etibarən ___ aylıq müddətdir. Hərbi xidmətin başa çatmasını təsdiq edən təqdim etməklə, Güzəşt Müddəti daha 12 ay müddətinə uzadılır.
10) Borcun qaytarılma müddəti: Güzəşt müddətinin başa çatdığı tarixdən etibarən ___ aylıq müddətdir.
11) Ümumi kredit müddəti: Təhsil müddəti, Güzəşt müddəti və Borcun qaytarılma müddətini əhatə edən müddətdir.
12) İlk ödəniş tarixi: Borc öhdəliyi üzrə Tələbənin ödəniş həyata keçirməsi nəzərdə tutulan tarixdir və Borcun Qaytarılma Müddətinin başladığı aydır.
1.2. Kontekst ilə başqa cür tələb olunduğu hallar istisna olmaqla, bu Müqavilədə:
(a) bəndlərə, yarımbəndlərə, əlavələrə, təsvirlərə və qoşmalara edilən istinadlar, əgər varsa, bu Müqavilənin tərkib hissəsini təşkil edən bəndlərə, yarımbəndlərə, əlavələrə, təsvirlərə və qoşmalara olan istinadlardır;
(b) başlıqlar, qalın qara şriftlə və altından xətt çəkilməklə verilmiş sözlər rahatlıq məqsədi daşıyır və Müqavilənin şərhinə təsir göstərmir;
(c) tək halında işlənən sözlər cəm halını bildirir və əksinə.
(ç) Tərəf dedikdə, həmin Tərəf, onun hüquqi varisləri və eləcə də, hüquqlarını güzəşt etdiyi şəxslər nəzərdə tutulur.

2. MÜQAVİLƏNİN PREDMETİ
Fond Tələbənin bu Müqavilə ilə nəzərdə tutulmuş təhsillə bağlı xərclərini bu Müqaviləyə əsasən zaminsiz və girov təminatı olmadan maliyyələşdirilməsini təşkil edir, Tələbə isə Borcun Müqavilə ilə müəyyən edilmiş şərtlərlə Fonda ödənilməsini öhdəliyinə götürür.

3. KREDİT ŞƏRTLƏRİ
3.1. Kredit paketinin növü: _________________
3.2. Təqdim olunan kreditin məbləği: _________ AZN
3.3. Tədris ili: _______________ illər
3.4. İllik faiz dərəcəsi: _ % (__ faiz)
3.6. Borcun ödənilməsi:
3.6.1. Tədris və Güzəşt müddətləri ərzində Tələbədən əsas məbləğ üzrə ödənişləri tələb etmir.
3.6.2. Cari ay ödənilməli olan cəmi məbləğ son dövrün borc qalığının annuitet qaydada hesablanması ilə əldə olunur. Ödənişlər aylıq qaydada və ayın istənilən günündə (“Ödəniş Müddəti”) həyata keçirilə bilər.
3.6.3. Aylıq Ödəmələr bu Müqavilənin 11-ci maddəsində göstərilmiş bank hesabına ölkənin hər hansı bir nöqtəsində fəaliyyət göstərən maliyyə-kredit təşkilatı vasitəsi ilə həyata keçirilə bilər.
3.6.4. Tələbə, kredit üzrə borcu istinilən məbləğini Ümumi kredit müddəti ərzində istənilən vaxt qaytara bilər.
3.7. Fondun göstərdiyi kreditləşmə xidməti üzrə Tələbə borcun qeydiyyatı üçün, birdəfəlik 30 (otuz) manat xidmət haqqını Fondun bu müqavilədə göstərilən bank hesabına ödəyir.
3.8. Bank və Fond tərəfindən Tələbədən əsas borc və qeydiyyat haqqı istisna olmaqla hər hansı bir məbləğin tələb edilməsinə yol vermir.

4. FONDUN ÖHDƏLİKLƏRİ
4.1. Fond, bu Müqavilə bağlandıqdan sonra ən gec 10 (on) iş günü əzrində Tələbənin təhsil haqqı borcunun Təhsil müəssisəsi tərəfindən silinməsini təşkil edir.
4.2. Tələbədən Borc istisna olmaqla hər hansı bir digər məbləğin tələb edilməsinə yol vermir.
4.3. Tədris və Güzəşt müddətləri ərzində Tələbədən əsas məbləğ üzrə ödənişləri tələb etmir.
4.4. Fond Tələbəni borc öhdəliyi üzrə geri qaytarma qrafikini, eləcə də ödəniş tarixçəsi və cari borc qalığına dair məlumatlara operativ qaydada çıxışı təmin edir.
4.5. Fond bu Müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş digər Öhdəlikləri yerinə yetirir.

5. TƏLƏBƏNİN ÖHDƏLİKLƏRİ
Müqavilə çərçivəsində Tələbə tərəfindən yerinə yetirilməli öhdəliklərə (əsas məbləğ və digər öhdəliklər də daxil olmaqla) aşağıdakılar daxildir:
5.1. Tələbə, Fondun tələbi ilə öz fəaliyyəti, özü barəsində fərdi məlumatları və ailə üzvləri barədə məlumatları, eyni zamanda maliyyə vəziyyəti ilə bağlı istənilən sənədi Fondun müdəyyən etdiyi müddətlər çərçivəsində Fonda təqdim edir.
5.2. Tələbə öz kredit tarixçəsinin yoxlanılması məqsədilə Fond tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə sorğuların ünvanlanmasına razılıq verir.
5.3. Tələbə, bu Müqavilə bağlandığı tarixdən etibarən 3 (üç) iş günü ərzində 3.7-ci maddədə göstərilən ödənişi həyata keçirir və ödənişi təsdiq edənin sənədinin sürətini (və ya qəbz) Fonda təqdim edir.. Əks halda, bu Müqavilə qüvvəsini itirir və Tələbə Fondun göstərdiyi xidmətlərdən məhrum edilir.
5.4. Tələbə təhsil aldığı müddəti ərzində Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin 60-dan az olması və hər hansı səbəbdən təhsilini davam etdirməməsi və ya dondurması hallarında dərhal Fonda yazılı bildiriş göndərməlidir.
5.5. Tələbə Fondun yazılı razılığı olmadan bu Müqavilə ilə nəzərdə tutulmuş hüquqlarını və öhdəliklərini üçüncü şəxslərə ötürə bilməz.

6. MÜQAVİLƏNİN XİTAMI
6.1. Bu Müqavilə aşağıdakı hallarda xitam edilir:
6.1.1. Tələbə Müqavilənin 5.3-cü maddəsinə uyğun olaraq Müqaviləni qeydiyyata aldırmadıqda;
6.1.2. Defolt Halı baş verdikdə;
6.1.3. Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında;
6.1.4. Bu Müqavilənin müddəaları və Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq, Borc Fonda tam şəkildə ödənildikdə.

7. DEFOLT HALI
Defolt halı baş verdikdə:
7.1. Fond Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə vasitəsilə Borcu tələb etmək hüququnu əldə edir və bu barədə Mərkəzləşdirilmiş Kredir Reyestrinə müvafiq məlumatları təqdim edir;
7.2. Tələbə, Fondun müraciətinə əsasən işəgötürən tərəfindən müvafiq Borc məbləğinin Fondun hesabına köçürülməsinə razılıq verir.

8. FORS MAJOR
Tərəflərdən birinin Müqavilə üzrə öhdəliklərini (ödəniş öhdəliyi istisna olmaqla) Fors Major vəziyyətləri səbəbindən yerinə yetirə bilmədiyi təqdirdə, belə Tərəf Fors Major vəziyyətlərinin davam etdiyi müddət ərzində bu cür öhdəliklərinin yerinə yetirilməsindən azad ediləcək, bir şərtlə ki, Fors Major hadisələrinin təsirinə məruz qalmış Tərəf mümkün qədər tez bir vaxtda, lakin Fors Major vəziyyətlərinin baş verməsindən və ya ilk dəfə baş verməsindən etibarən yeddi (7) gündən gec olmayaraq, digər Tərəfi bu cür halların baş verməsi haqqında yazılı qaydada məlumatlandırsın və Tərəflərin məruz qaldıqları zərər və itkiləri azaltmaq və Müqavilə üzrə malik olduğu bütün digər öhdəliklərinin icrasına davam etmək üçün bütün ağlabatan səyləri göstərsin.

9. MƏXFİLİK
9.1. Bu Müqavilənin müddəa və şərtləri və düzəlişlər, dəyişikliklər və ya əlavələr məxfi məlumatları təşkil edir və Azərbaycan Respublikasının tətbiq olunmalı qanunlarında tələb olunan hallar istisna olmaqla, heç bir üçüncü tərəfə verilməməli və ya açıqlanmamalıdır.
9.2. Yuxarıda əksini tapmış Öhdəliklər artıq ictimaiyyətə məlum olan və/və ya məlumatı alan şəxsin (i) məxfilik öhdəliyi olmadan artıq xəbərdar olduğu; və ya (ii) müstəqil şəkildə hazırladığı; və ya (iii) məxfilik öhdəliyi olmadan hər hansı bir üçüncü şəxsdən hüquqi əsaslarla əldə etdiyi məlumata tətbiq edilmir.

10. TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
10.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunları ilə şərh edilir və tənzimlənir.
10.2. Bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr 30 (otuz) təqvim günü ərzində danışıqlar yolu ilə həll edilmədikdə, Azərbaycan Respublikasının müvafiq yurisdiksiyaya malik məhkəmələrinə təqdim edilə bilər.

11. ÜNVANLAR VƏ BANK HESABLARI BARƏDƏ MƏLUMAT

Fond:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 6
Telefon:

Bank hesabı: _________
Hesab No.: _________
Bank: _________
SWIFT: _________
Müxbir hesabı: _________
Kod: _________
Bankın VÖEN-i: _________


Tələbə:
[Şəxsiyyət vəsiqəsinin nömrəsi: __________;]

Hər bir Tərəf bu məlumatlarında baş verən istənilən dəyişiklik barədə belə dəyişiklikdən sonra 5 (beş) təqvim günü ərzində digərini məlumatlandırmağı öhdəsinə götürür.

12. YEKUN MÜDDƏALAR
12.1. Bu Müqaviləyə hər hansı düzəliş və əlavələr təktərəfli qaydada edilə bilməz və istənilən bu cür düzəliş və əlavə Tərəflər arasında razılaşdırılmalı və hər iki Tərəf tərəfindən imzalanmalıdır.
12.2. Tərəflərdən heç biri digərinin qabaqcadan bildirilmiş yazılı razılığı olmadan bu Müqavilə əsasında hər hansı hüquq və/və ya öhdəliklərini ötürə, güzəşt edə və ya verə bilməz.
12.3. Bu Müqavilə Tərəflərin Müqavilənin mövzusu ilə əlaqədar tam və yekun razılaşmasını təşkil edir və bundan əvvəl bu Öhdəliklərlə əlaqədar Tərəflər arasında əldə edilmiş yazılı və ya şifahi, istənilən xarakterli bütün ilkin müqavilələr, razılaşmalar, anlaşmalar, bəyannamə və zəmanətlərdən üstündür və onları əvəz edir.
12.4. Bu Müqaviləyə hər hansı bir düzəliş və dəyişiklik Tərəflərin imzası ilə yazılı surətdə edildikdə, etibarlı sayılır.
12.5. Bu Müqavilə Azərbaycan dilində olmaqla, hər ikisi bərabər hüquqi qüvvəyə malik 2 (iki) orijinal nüsxədə tərtib edilmişdir. Tərəflərdən hər biri 1 (bir) orjinal nüsxəni özündə saxlayır.

YUXARIDAKILARI TƏSDİQ ETMƏK ÜÇÜN, Tərəflərin lazımi qaydada səlahiyyət verilmiş nümayəndələri bu Müqaviləni yuxarıda göstərilən tarixdə imzaladılar.


Fond adından:

İmza:__________________ M.Y.



Tələbə

İmza:__________________