-
1Təhsil krediti almaq üçün necə müraciət edə bilərik?Tələbələr tərəfindən təhsil kreditləti üzrə müraciət yalnız elektron qaydada həyata keçirilir. Bunun üçün, "Müraciət et" bölməsinə daxil olub tələb olunan məlumatları onlayn təqdim etmək lazımdır. Ətraflı məlumat üçün "Müraciət prosesi" bölməsinə baxa bilərsiz.
-
2Kredit əldə etmək üçün zamin və ya girov tələb olunur?Xeyr, tələb olunmur.
-
3Kredit nağd formada verilir?Xeyr. Hər hansı bir formada - nağd və ya bank transferi - tələbəyə maliyyə vəsaiti təqdim olunmur. Sadəcə olaraq, Fond tələbənin universitet qarşısında olan təhsil haqqı borcunu uzunmüddət ərzində ödənilməsini təmin edir.
-
4Fond digər məqsədlər üçün kredit təqdim edir?Xeyr. Fondun kreditləri yalnız təhsil ilə bağlı xərcləri qarşılamaq üçün nəzərdə tutulmuşdur.
-
5Tələbə krediti təhsil aldığı müddət ərzində geri qaytarmalıdır?
Xeyr. Təhsil aldığı müddət ərzində və məzun olduqdan sonrakı güzəşt müddəti ərzində hər hansı bir faiz və ya əsas məbləğ ödənişi həyata keçirilmir. Ətraflı məlumat üçün "Kredit növləri" bölməsinə baxın.
Digər suallar.